Yuxarı
    Bağlamaq

    Useyn Bolt karyerasını bitirəcəyi vaxtı açıqlayıb

    Yamaykalı sprinter builki dünya çempionatından sonra yarışlara qatılmayacaq

    Bakı. 3 fevral. REPORT.AZ/ Yamaykalı sprinter, 8 qat dünya çempionu Useyn Bolt 2017-ci il dünya çempionatından sonra çıxış etməyəcək. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, 2018-ci ildə keçiriləcək Birlik Oyunlarının təşkilatçıları yamaykalı atletə də dəvət göndərib.

    Lakin 31 yaşlı idmançı mənfi cavab verib: "2018-ci ildə çıxış edə bilmək üçün əvvəlkilərdən də çox məşqə qatılmalıyam ki, qələbə şansı qazanım. Bu isə baş verməyəcək".

    Atletika üzrə builki dünya çempionatı 5 - 13 avqustda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək.

    Qeyd edək ki, yanvarın 25-də Beynəlxalq Olimpiya Komitəsi Useyn Boltu 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4X100 metr məsafəyə estafet qaçışında qazandığı qızıl medaldan məhrum edib. Səbəb onunla birgə qaçan komanda yoldaşı Nesta Karterin dopinq-testinin təkrar analizi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş turinabol anabolik steroidinin tapılmasıdır. Nəticədə bütün yığmadan medallar alınıb. Bununla da Bolt 9 qat yox, 8 qat olimpiya çempionu sayılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi