Uqandalı yüngül atlet yarış zamanı finişdə qələbəni bayram edərək uduzub - VİDEO

Uqandalı yüngül atlet yarış zamanı finişdə qələbəni bayram edərək uduzub - VİDEO Uqandalı yüngül atlet Yakob Kiplimo Braziliyada qaçış zamanı sona yaxın qələbəni bayram etməyə başlayıb və uduzub.
Fərdi
2 Yanvar , 2020 08:54
Uqandalı yüngül atlet yarış zamanı finişdə qələbəni bayram edərək uduzub - VİDEO

Uqandalı yüngül atlet Yakob Kiplimo Braziliyada qaçış zamanı sona yaxın qələbəni bayram etməyə başlayıb və uduzub.

"Report" xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Qeyd edilir ki, o, arxasında keniyalı rəqibi Kibivott Kandinin olmasını nəzərə almayıb. Uqandalı 19 yaşlı atlet finişə çatanda qələbəni bayram etmək üçün əllərini yuxarı qaldıranda məlum olub ki, keniyalı onu ötüb.

Qeyd edilir ki, rəqibinin səhvindən istifadə edərək qalib olan Kandi yeni rekorda imza atıb. O, 15 kilometrlik məsafəni 43 dəqiqədən az müddət ərzində qət edib. Yeni rekord 42 dəqiqə 59 saniyə təşkil edir. Öz növbəsində Kiplimo bu məsafəni 43:00 dəqiqəyə qət edib.

Son xəbərlər

Orphus sistemi