Ümumdünya Şahmat Olimpiadası: Ermənistana texniki məğlubiyyət verildi

Ümumdünya Şahmat Olimpiadası: Ermənistana texniki məğlubiyyət verildi Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin Hindistan - Ermənistan görüşübaşa çatıb.
Fərdi
28 Avqust , 2020 20:10
Ümumdünya Şahmat Olimpiadası: Ermənistana texniki məğlubiyyət verildi

Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin Hindistan - Ermənistan görüşü başa çatıb.

"Report"un məlumatına görə, rəqibinə 3,5:2,5 hesabı ilə qalib gələn asiyalılar yarımfinala vəsiqə qazanıblar.

Sözügedən qarşılaşmanın gedişində kuryoz hadisə baş verib. Erməni şahmatçılardan Ayk Martirosyanın interneti kəsildiyindən reqlamentə əsasən, o, məğlub hesab olunub. Buna etiraz edən komanda yarışdan çıxıb. Nəticədə Ermənistana 0:6 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Polşaya qalib gəlsə, yarımfinalda məhz Hindistanla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi