Atletlərə maliyyə yardımı ayrıldı

Atletlərə maliyyə yardımı ayrıldı Ümumdünya Atletikası (World Athletics) koronavirus pandemiyasına görə maliyyə çətinliyi ilə üzləşən peşəkar idmançılara maliyyə yardımı edəcək.
Fərdi
28 aprel 2020 14:56
Atletlərə maliyyə yardımı ayrıldı

Ümumdünya Atletikası (World Athletics) koronavirus pandemiyasına görə maliyyə çətinliyi ilə üzləşən peşəkar idmançılara maliyyə yardımı edəcək.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı xüsusi fond təsis olunub.

Yarışların dayandırılması səbəbindən qazanclarının böyük hissəsini itirən idmançılara ümumilikdə 500 000 ABŞ dolları pul veriləcək.

Yardımın hansı atletlərə ediləcəyini "World Athletics"in prezidenti Sebastyan Kounun da yer aldığı İşçi Qrupun üzvləri müəyyənləşdirəcək.

Son xəbərlər

Orphus sistemi