Ümumdünya Anti-Dopinq Agentliyinin büdcəsi artırılıb

Ümumdünya Anti-Dopinq Agentliyinin büdcəsi artırılıb WADA-nın büdcəsi ilə bağlı 4 illik plan təsdiqlənib
Fərdi
16 Noyabr , 2017 11:49
Ümumdünya Anti-Dopinq Agentliyinin büdcəsi artırılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ 2018-ci il üçün Ümumdünya Anti-Dopinq Agentliyinin (WADA) büdcəsi 2,3 milyon dollar artırılıaraq 32 milyon dollara çatdırılıb.

“Report”un məlumatına görə, bununla bağlı qərar qurumun Təsisçilər Şurasının Cənubu Koreyanın paytaxtı Seuldakı iclasında qəbul olunub.

Həmçinin, WADA-nın büdcəsi ilə bağlı 4 illik plan təsdiqlənib. Təşkilatın büdcəsi 2019-cu və 2020-ci illərdə 15 faiz, 2021-ci ildə isə 5 faiz artırılacaq.

Qeyd edək ki, 2017-ci ildə WADA-nın büdcəsi 29,7 milyon dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi