Ulduz futbolçunun evindən oğurluq edildi

Ulduz futbolçunun evindən oğurluq edildi İngiltərənin “Liverpul” futbol klubunun heyətində çıxış edən 26 yaşlı futbolçu Fabinyonun evinə oğrular girib.
Fərdi
24 İyul , 2020 07:25
Ulduz futbolçunun evindən oğurluq edildi

İngiltərənin “Liverpul” futbol klubunun heyətində çıxış edən 26 yaşlı futbolçu Fabinyonun evinə oğrular girib.

“Report” xəbər verir ki, bu barədə “Liverpool Echo” məlumat yayıb.

Mənbə bildirir ki, hadisə iyulun 22-də baş verib.

İngiltərə çempionatının 37-ci turunda “Liverpul” “Çelsi”ni 5: 3 hesabı ilə məğlub edib və bundan sonra komanda vaxtından əvvəl qazanılmış çempionluğu qeyd etmək üçün məclis təşkil edib.

Oğrular da evə girən zaman Fabinyo həmin məclisdə olub.

Qeyd olunub ki, naməlum şəxslər futbolçunun bir neçə zərgərlik məmulatlarını və sonradan aşkarlanan avtomobilini oğurlayıblar.

Son xəbərlər

Orphus sistemi