Ukraynanın qadın olimpiya çempionu Rusiya ilə müharibəyə qoşulub

Ukraynanın qadın olimpiya çempionu Rusiya ilə müharibəyə qoşulub Yeniyetmələrin Qış Olimpiya Oyunlarında qalib olmuş Ukraynalı biatlonçu Kristina Dmitrenko Rusiya ilə müharibəyə qoşulub.
Fərdi
118
14 May , 2022 15:03
Ukraynanın qadın olimpiya çempionu Rusiya ilə müharibəyə qoşulub

Yeniyetmələrin Qış Olimpiya Oyunlarında qalib olmuş ukraynalı biatlonçu Kristina Dmitrenko Rusiya ilə müharibəyə qoşulub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi feysbuk hesabından məlumat yayıb.

Qurum Dmitrenkonun biatlon tüfəngini avtomatla dəyişdiyini bildirib. 22 yaşlı biatlonçu Ukrayna Milli Qvardiyasında xidmət edir.

Qeyd edək ki, Kristina Dmitrenko 2016-cı ildə Norveçdə keçirilmiş olimpiadada qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi