Ukraynalı Vasili İvançuk sürətli şahmat üzrə dünya çempionu olub

Ukraynalı Vasili İvançuk sürətli şahmat üzrə dünya çempionu olub İkinci yeri Aleksandr Qrişuk, üçüncü yeri isə Maqnus Karlsen tutub
Fərdi
28 Dekabr , 2016 22:44
Ukraynalı Vasili İvançuk sürətli şahmat üzrə dünya çempionu olub

Bakı. 28 dekabr. REPORT.AZ/ Ukraynalı Vasili İvançuk Qətərin paytaxtı Dohada keçirilən sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.

"Report" xəbər verir ki, onun hesabında 15 partiyadan sonra 11 xal var.

Yarışda ikinci yeri rusiyalı Aleksandr Qrişuk, üçüncü yeri isə norveçli Maqnus Karlsen tutub.

Sürətli şahmat üzrə qadınlar arasında dünya çempionatında da ukraynalı qələbə qazanıb. Anna Muzıçuk 12 partiyadan sonra çempion adına sahib çıxıb. Turnirdə ikinci yeri rusiyalı Aleksandr Kostenyuk, üçüncü yeri isə gürcü Nana Dzaqnidze tutub.

Dekabrın 29-dan 30-dək Dohada blits üzrə turnir keçiriləcək.

Son xəbərlər

Orphus sistemi