Ukraynalı gimnast: "Bakıdakı yarışda təşkilatçılıq yüksək səviyyədədir"

Ukraynalı gimnast: "Bakıdakı yarışda təşkilatçılıq yüksək səviyyədədir" "Daha yaxşısına ümid edirdik. Hesab edirəm ki, ilk dəfə üçün pis alınmadı. Hələ gəncik. Qarşıdakı turnirlərdə daha uğurlu nəticələr qazanacağıq".
Fərdi
28 May , 2021 13:08
Ukraynalı gimnast: Bakıdakı yarışda təşkilatçılıq yüksək səviyyədədir

"Daha yaxşısına ümid edirdik. Hesab edirəm ki, ilk dəfə üçün pis alınmadı. Hələ gəncik. Qarşıdakı turnirlərdə daha uğurlu nəticələr qazanacağıq".

"Report"un məlumatına görə, bu fikirləri Ukrayna gimnastı Stanislav Halaida Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatındakı çıxışları barədə danışarkən deyib.

Qadın həmkarı Anastasiya Kuraşvili ilə qarışıq cütlük proqramında çıxışını başa vuran idmançı əllərindən gələni etdiklərini bildirib: "Bəzi hərəkətlər alınmadı. Qarşıdakı yarışlara hazırlaşacağıq".

Bakıya ikinci dəfə gəldiklərini xatırladan Halaida yaxşı mənada təəccübləndiklərini gizlətməyib: "Qonaqpərvərliyə görə minnətdarıq. Təşkilatçılıq yüksək səviyyədədir. Bakının mərkəzində olduq. Hər şey çox xoşumuza gəldi. Parklar təmiz və gözəldir".

Son xəbərlər

Orphus sistemi