Ukraynalı deputat olimpiadada qazandığı medalı satır

Ukraynalı deputat olimpiadada qazandığı medalı satır Ukraynalı yunan-Roma güləşçisi Yan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarında qazandığını qızıl medalı satmaq niyyətindədir.
Fərdi
6 Oktyabr , 2021 15:24
Ukraynalı deputat olimpiadada qazandığı medalı satır
Jan Belenyuk

Ukraynanın yunan-Roma güləşçisi Jan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarında qazandığını qızıl medalı satmaq niyyətindədir.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə feysbuk hesabında bildirib.

O, əldə etdiyi gəliri xeyriyyəçilik məqsədi ilə istifadə etməyi planlaşdırdığını vurğulayıb: "Tokiodan gətirdiyim qızıl medalımla bir çox insan şəkil çəkdirib. O, ölkəmizin şərəf və qürur mənbəyidir. Ukraynaya yeganə qızıl medalı qazandırdığım üçün şanslıyam. Amma bu medalın yalnız rəfdə yatmasını yox, faydalı olmasını istəyirəm. Hərrac keçirib onu satmağı və bütün gəliri xəstə uşaqlar üçün xeyriyyəçilik məqsədi ilə bağışlamağı düşünürəm".

Qeyd edək ki, Yan Belenyuk 2019-cu il avqustun 29-dan Ukrayna Ali Radasının deputatıdır.

Son xəbərlər

Orphus sistemi