Ukrayna şahmatçısı Rusiya və Belarusa görə Avropa çempionatından imtina edib

Ukrayna şahmatçısı Rusiya və Belarusa görə Avropa çempionatından imtina edib Ukraynalı şahmatçı Pavel Elyanov martın 27-də Sloveniyanın Brejitse şəhərində start götürəcək Avropa çempionatından imtina edib.
Fərdi
26 Mart , 2022 17:12
Ukrayna şahmatçısı Rusiya və Belarusa görə Avropa çempionatından imtina edib

Ukraynalı şahmatçı Pavel Elyanov martın 27-də Sloveniyanın Brejitse şəhərində start götürəcək Avropa çempionatından imtina edib.

"Report"un məlumatına görə, 39 yaşlı qrossmeyster qərarını Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqələndirib. O, müharibənin sonunadək Rusiya və Belarus şahmatçılarına qarşı oynamasının mümkünsüzlüyünü bildirib.

Xatırladaq ki, Avropa çempionatında Azərbaycanı Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Riyad Səmədov, Gövhər Beydullayeva, Toğrul Həsənzadə və Şahin Vəliyev təmsil edəcək. İsveçrə sistemi üzrə 11 turdan ibarət yarışın ümumi mükafat fondu 100 000 avro təşkil edəcək. Çempionata aprelin 7-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi