Ukraynalı boksçu Aleksandr Usik ağır çəkidə dünya çempionu olub

Ukraynalı boksçu Aleksandr Usik ağır çəkidə dünya çempionu olub Ukraynalı peşəkar boksçu Aleksandr Usik ağır çəkidə çempion titulu uğrunda təkbətək döyüşdə britaniyalı Entoni Coşua üzərində qələbə qazanaraq, ağır çəkidə IBF, WBA, WBO, və IBO versiyaları üzrə dünya çempionu olub.
Fərdi
477
26 Sentyabr , 2021 03:03
Ukraynalı boksçu Aleksandr Usik ağır çəkidə dünya çempionu olub

Ukraynalı peşəkar boksçu Aleksandr Usik ağır çəkidə çempion titulu uğrunda təkbətək döyüşdə britaniyalı Entoni Coşua üzərində qələbə qazanaraq, IBF, WBA, WBO, və IBO versiyaları üzrə dünya çempionu olub.

“Report” xəbər verir ki, döyüş Londonda "Tottenhem" futbol klubunun stadionunda keçirilib. Ukraynalı idmançı hakimlərin yekdil rəyi ilə 12 raundun nəticəsinə əsasən qələbə qazanıb.

Beləliklə, Usik Coşuanı titullardan məhrum edərək, onların yeni sahibi olub.

Qeyd edək ki, Usikin 34 yaşı var. Ukrayna idmançısı 19 təkbətək döyüşdə 19 qələbə (13-ü nokautla) qazanıb. 31 yaşlı Coşuaya gəlincə, o, 24 qələbə (onlardan 22-i nokautla) qazanıb, 2 dəfə məğlubiyyətə uğrayıb.

Xatırladaq ki, Aleksandr Usik 2018-ci ildə də britaniyalı rəqibi Toni Bellyunu 8-ci raundda nokauta salaraq, ağır çəkidə mütləq dünya çempionu adını qoruyub. birinci ağır dərəcədə və eyni anda dörd kəmər - WBO, WBC, WBA və IBF versiyaları üzrə mütləq dünya çempionu adı uğrunda döyüş Britaniyanın Mançester şəhərində keçirilib. Görüşün sonu Bellyunun ağır zədələnməsi ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi