"Uilyams" pilotu Bakıdakı Qran-pridə cəzalandı

"Uilyams" pilotu Bakıdakı Qran-pridə cəzalandı "Uilyams" komandasının pilotu Nikolas Latifi "Formula 1" üzrə Azərbaycan Qran-prisindən sonra cəzalandırılıb.
Fərdi
128
6 İyun , 2021 19:57
Uilyams pilotu Bakıdakı Qran-pridə cəzalandı
Nikolas Latifi

"Uilyams" komandasının pilotu Nikolas Latifi "Formula 1" üzrə Azərbaycan Qran-prisindən sonra cəzalandırılıb.

"Report"un məlumatına görə, "Red Bull"də çıxış edən Maks Ferstappen qəza törətdikdən sonra bütün idmançıların pit-leynə getməsi tələb olunub.

Buna baxmayaraq, Latifi trasda olub və evakuasiya edilən bolidin yanından keçib.

"Formula 1" stüardları sürücüyə 10 saniyəlik cərimə tətbiq ediblər. Kanadalı pilot Qran-prini 15-ci bitirsə də, yerini "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemiltona verməli olub və yekunda 16-cı yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan Qran-prisini "Red Bull"dan Serxio Peres qazanıb.

Son xəbərlər

Orphus sistemi