Azərbaycanın üç gimnastı Bakıdakı Dünya Kubokunun finalında mübarizəyə başlayacaq

Azərbaycanın üç gimnastı Bakıdakı Dünya Kubokunun finalında mübarizəyə başlayacaq Bakıda keçirilən Dünya Kubokunun üçüncü yarış günündə kişi və qadın idman gimnastları final mərhələsində mübarizə aparacaqlar.
Fərdi
16 Mart , 2019 11:41
Azərbaycanın üç gimnastı Bakıdakı Dünya Kubokunun finalında mübarizəyə başlayacaq

Bakıda keçirilən Dünya Kubokunun üçüncü yarış günündə kişi və qadın idman gimnastları final mərhələsində mübarizə aparacaqlar.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında kişilərin mübarizəsində sərbəst hərəkətlər, paralel qollar, halqaların yarışında qaliblər müəyyənləşəcək.

Qadınların yarışında isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda qızıl medallar sahiblərini tapacaq.

Azərbaycanın kişi idmançılarından Murad Ağarzayev sərbəst hərəkətlərdə, Nikita Simonov isə haqlalarla çıxış edəcək. Qadınlarda isə Marina Nekrasova dayaqla tullanmada mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Kubokuna martın 17-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi