Türkiyənin Hərbi Hava Qüvvələri İraqda PKK-nın 10 terrorçusunu məhv edib

Türkiyənin Hərbi Hava Qüvvələri İraqda PKK-nın 10 terrorçusunu məhv edib Bundan əlavə, terrorçulara məxsus üç atəş nöqtəsi və dörd sığınacaq da məhv edilib
Region
14 May , 2017 22:44
Türkiyənin Hərbi Hava Qüvvələri İraqda PKK-nın 10 terrorçusunu məhv edib
Foto: "Anadolu"

Bakı. 14 may. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında Zap və Sinat-Haftanin rayonlarında PKK terror qruplaşmasının obyektlərinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hava zərbələri nəticəsində 10 terrorçu məhv edilib. Onlardan 2-i Zap, 8-i isə Sinat-Haftanin ərazilərində öldürülüb.

Bundan əlavə, terrorçulara məxsus üç atəş nöqtəsi və dörd sığınacaq da məhv edilib. 

Son xəbərlər

Orphus sistemi