​Türkiyəli atletin qızıl medalları ləğv olunub

​Türkiyəli atletin qızıl medalları ləğv olunub İdmançının Avropa çempionuluğu silinib
Fərdi
1 İyul , 2015 10:24
​Türkiyəli atletin qızıl medalları ləğv olunub

Bakı. 1 iyul. REPORT.AZ/ Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) dopinq səbəbindən türkiyəli atlet Nevin Yanıtın nəticələrini ləğv edib. "Report"un məlumatına görə, 3 il müddətinə yarışlardan uzaqlaşdırılan atlet 2012-ci ildə qazandığı Avropa çempionu adından məhrum olub.

Bundan əlavə İAAF N.Yanıtın 2013-cü ilin martında Almaniyanın Göteborq şəhərində keçirilmiş Avropa turnirində 60 metrə qaçışda qazandığı qızıl medal da ləğv edilib.

Qızıl medallardan əlavə, idmançının London-2012-də əldə etdiyi nəticələr də sıfırlanıb.

Son xəbərlər

Orphus sistemi