Türkiyədə ağır atletika tarixinin ən titullu idmançısı vəfat edib

Türkiyədə ağır atletika tarixinin ən titullu idmançısı vəfat edib Naim Süleymanoğlunun ölümünə qaraciyərindəki problem səbəb olub
Fərdi
18 Noyabr , 2017 19:41
Türkiyədə ağır atletika tarixinin ən titullu idmançısı vəfat edib

Bakı. 18 noyabr. REPORT.AZ/ Türkiyədə ağırlıqqaldırma üzrə üçqat olimpiya çempionu Naim Süleymanoğlu 51 yaşında dünyasını dəyişib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, atlet Ataşəhir şəhər xəstəxanasında vəfat edib.

Onun erkən ölümünə qaraciyərindəki problem səbəb olub.

N.Süleymanoğlu 1967-ci ildə Bolqarıstanda doğulub. Daha sonra Türkiyəyə köçüb. O ağır atletika tarixində ilk üçqat olimpiya çempionu (1988, 1992, 1996), yeddiqat dünya çempionudur. 46 dəfə dünya rekordu vurub. İdmanın bu növü tarixində ən titullu ağırlıqqaldıran hesab olunur.

Son xəbərlər

Orphus sistemi