​Türkiyə və İran məşqçiləri arasında qalmaqal baş verib

​Türkiyə və İran məşqçiləri arasında qalmaqal baş verib Münaqişəyə türkiyəli güləşçinin zədələnməsi səbəb olub
Fərdi
20 Fevral , 2015 18:08
​Türkiyə və İran məşqçiləri arasında qalmaqal baş verib

Bakı. 20 fevral. REPORT.AZ/ Hazırda İranın paytaxtı Tehranda davam edən yunan-Roma güləşi üzrə Dünya Kubokunda qalmaqal baş verib. 

"Report"un məlumatına görə, 3-cü yer uğrunda mübarizədə Türkiyə və İran məşqçiləri arasında gərginlik yaranıb.

98 kq çəki dərəcəsində Mehdi Əliyari və Fatih Başköyün güləşində ikinci zədələnib. Nəticədə türkiyəli məşqçilərin meydana daxil olması iranlı həmkarlarının xoşuna gəlməyib və tərəflər arasında münaqişə yaranıb.

Hakimlərin müdaxiləsindən sonra ara sakitləşib və hər iki idmançıya sarı vərəqə göstərilib.

Son xəbərlər

Orphus sistemi