Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün velosiped yürüşünə qatılacaq. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məqsəd 24 aprel - 1 mayda sayca 52-ci dəfə keçiriləcək Prezident Turunu tanıtmaqdır.
Türkiyə Prezidentindən əlavə, bugünkü marafonda nazirlər və millət vəkilləri də yer alacaq. Yürüş üçün "Salcano" şirkəti tərəfindən R.T.Ərdoğana özəl velosiped hazırlanıb.