Türkiyə ağırlıqqaldıranı Avropa rekordu qırdı - VİDEO

Türkiyə ağırlıqqaldıranı Avropa rekordu qırdı - VİDEO İsmayılov yekun sıralamada da Avropa çempionatının qızıl medalına yiyələnib
Fərdi
7 Aprel , 2021 09:32
Türkiyə ağırlıqqaldıranı Avropa rekordu qırdı - VİDEO
Daniyar İsmayılov

Türkiyə ağırlıqqaldıranı Daniyar İsmayılov Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında rekorda imza atıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı idmançı birdən qaldırmada 160 kq nəticə göstərib. Əvvəlki rekord isə 159 kq olub.

İsmayılov təkanla qaldırmada 181 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 341 kq nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da Avropa çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, Daniyar İsmayılov 2015-ci və 2016-cı illərdə də Avropa çempionu olub. O, həmçinin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi