Tokio-2020: Triatlonçumuz 51 iştirakçı arasında 41-ci oldu - YENİLƏNİB-2

Tokio-2020: Triatlonçumuz 51 iştirakçı arasında 41-ci oldu - YENİLƏNİB-2 Azərbaycan triatlonçusu Rostislav Pevtsov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
26 İyul , 2021 03:24
Tokio-2020: Triatlonçumuz 51 iştirakçı arasında 41-ci oldu - YENİLƏNİB-2

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

"Report"un məlumatına görə, 34 yaşlı idmançı son olaraq, 10 km məsafəyə qaçış yarışına qatılıb. O, velosipedsürmə, üzgüçülük və qaçış hərəkətlərinin cəmində 1 saat 50 dəqiqə 46 saniyə nəticə ilə 41-ci yeri tutub.

Olimpiya çempionu adını norveçli Kristian Blummenfelt 1 saat 45 dəqiqə 4 saniyə nəticə ilə qazanıb. Finişə ondan 11 saniyə gec çatan böyük britaniyalı Aleks Yi gümüş, liderdən 20 saniyə geri qalan yeni zelandiyalı Hayden Vilde bürünc medal əldə edib.

Qeyd edək ki, bu, Rostislav Pevtsovun ikinci olimpiadası olub. Təcrübəli triatlonçu Rio-2016-da 39-cu yeri tutub.

02:52

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Tokio-2020 Yay Olimpiya Oyunlarında velosiped sürmə yarışını başa vurub.

"Report"un məlumatına görə, 34 yaşlı idmançı 40 km-lik finişi 42-ci keçib.

O, ilk mərhələdə 1500 m məsafəyə üzgüçülərin mübarizəsini 45-ci pillədə bitirmişdi. İki mərhələnin yekununda ukraynalı legioner 1 saat 17 dəqiqə 19 saniyə nəticə göstərib.

Qarşıda Pevtsovu həlledici mərhələ - 10 km məsafəyə qaçış gözləyir.

02:32

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 34 yaşlı idmançı 1500 metr məsafəyə üzgüçülük yarışına qatılıb. O, mərhələni 19,06 dəqiqəyə 45-ci pillədə bitirib.

Hazırda Pevtsov 40 km məsafəyə velosiped sürmə yarışında iştirak edir. 25 km məsafədən sonra ukraynalı legioner 51 iştirakçı arasında 43-cüdür.

Üçüncü mərhələdə isə o, 10 km məsafəyə qaçacaq.

Son xəbərlər

Orphus sistemi