"Tour d Azerbaidjan" veloyürüşündə daha bir mərhələnin qalibləri müəyyənləşib

"Tour d Azerbaidjan" veloyürüşündə daha bir mərhələnin qalibləri müəyyənləşib Qalib adını İsrailin “Cycling Academy Team” komandasının üzvü Daniel Turek qazanıb
Fərdi
9 May , 2015 14:51
Tour d Azerbaidjan veloyürüşündə daha bir mərhələnin qalibləri müəyyənləşib

Bakı. 9 may. REPORT.AZ/ Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015" beynəlxalq veloyürüşündə 4-cü mərhələ keçirilib. "Report"un məlumatına görə, iştirakçılar Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürərək 205 km məsafə qət etdikdən sonra Mingəçevirdəki “Kür” Olimpiya Mərkəzi qarşısında finiş xəttini keçiblər.

Qalib adını İsrailin “Cycling Academy Team” komandasının üzvü Daniel Turek qazanıb. O, finişə 4 saat 13,55 saniyəyə çatıb. Ondan 1 saniyə geri qalan Avstriyanın “Hrinkow Advarics Cycleangteam” klubunun üzvü Klemens Fanxauzen ikinci, İrlandiyanın “An Post ChainReaction” klubundan olan Konor Dann isə üçüncü yeri tutub.

Ümumi hesabda liderliyini qoruyan Sloveniyanın “Adria Mobil” klubunun üzvü Primoj Roqliç göy, onun komanda yoldaşı Marko Kump yaşıl, dağ mərhələsinin qalibi, Azərbaycanın “Synergy Baku” klubunun üzvü Aleksandr Surutkoviç qırmızı, gənclər arasında ən yaxşı nəticəyə malik Çexiya “Dukla”sının üzvü Frantişek Sisr bənövşəyi köynəyə sahib olub.

Qeyd edək ki, veloyürüşün 144 km-lik son mərhələsi sabah Bakı küçələrində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi