Tom Batçer: "Turistlər və şəhər sakinləri "Formula-1" üzrə Azərbaycan Qran Prisindən zövq alacaqlar"

Tom Batçer: "Turistlər və şəhər sakinləri "Formula-1" üzrə Azərbaycan Qran Prisindən zövq alacaqlar" "2017-ci il Azərbaycan Qran Prisinin keçirilməsi üçün cəlb edilən şirkətlərin 80 faizi yerlidir"
Fərdi
5 Aprel , 2017 14:39
Tom Batçer: Turistlər və şəhər sakinləri Formula-1 üzrə Azərbaycan Qran Prisindən zövq alacaqlar
Report.az

Bakı. 5 aprel. REPORT.AZ/ “İnşaat işləri yerli şirkət tərəfindən həyata keçirilir. Bu, Azərbaycanda işçi qüvvəsinin imkanlarının daha da yaxşılaşdırılmasına və təcrübə qazanılmasına şərait yaradır. Biz növbəti illərdə bunu daha yüksək səviyyəyə çatdırmağa çalışacağıq”. 

“Report”un məlumatına görə, bunu "Formula-1" üzrə 2017-ci il Azərbaycan Qran Prisinin keçiriləcəyi ərazi ilə tanışlıq zamanı Bakı Şəhər Halqasının (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Batçer jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, paddok binasında yarışa nəzarət qülləsi, komandaların qarajlarının və pit məkanının tikintisi aparılır. İnşaat işlərinin iyunun 1-dək yekunlaşdırıması planlaşdırılır: "Çalışırıq ki, bundan sonra Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) rəsmiləri və "Formula-1" komandalarının pilotları gələnədək işləri tamamlansın və onlar məşq edə bilsinlər. Bizim yanaşmamız sadəcə pit binasında deyil, trekin və tribunaların digər hissələrində, xüsusən, inşaat işlərinin aparıldığı hissələrdə yerli işçilərin lazımi təcrübə və bacarıqlara yiyələnmələrini təmin etməkdir”.

2017-ci ildə trekin konfiqurasiyasının dəyişmədiyini söyləyən T.Batçer bəzi döngələrdə əlavə polad lövhələr yerləşdirməyə çalışacaqlarını deyib. O, belə tədbirləri təhlükəsizliyi daha da gücləndirmək məqsədilə həyata keçirəcəklərini vurğulayıb: “Yarış yenə Bakı küçələrində keçiriləcək. FİA bu il bəzi dəyişiklikləri tövsiyə edib. 5 döngədə əlavə baryer quraşdırmağa, bəzi döngələrdə əlavə polad lövhələr yerləşdirməyə çalışacağıq. Bunlar təhlükəsizliyi daha da gücləndirmək məqsədilə edilib. Yüksək sürətli hərəkət böyük risk tələb edir. Bunlar FİA komandaları və pilotları ilə görüşlərdə birgə müzakirə olunur. Onlar da mövcud çətinliklərə riayət edəcəklər. Yenidən Bakıda hər şeyi qaydasında həyata keçirməyə çalışırıq. Elə edəcəyik ki, turistlər və şəhər sakinləri də yarışdan zövq alsınlar. Daha çox yerli şirkət və işçi qüvvəsinin xidmətindən istifadə olunacaq. Yerli kadrların lazımi təcrübə və bacarıqlara yiyələnmələrinə çalışırıq. Trekin asfalt işləri və təhlükəsiz baryerlər yerli şirkətlər tərəfindən həyata keçirilir. Pit binasının tikintisinə 4 yerli şirkət cəlb olunub. Tribunaları da yerli şirkət quraşdırır. İnşaat işlərində yerli kadrların hazırlanmasına xüsusi önəm verilir. Həmin kadrlar ötən il əldə etdikləri təcrübəni bu il də unutmayıblar. Bu, Azərbaycanın qazancıdır və region ölkələrində keçirilən müvafiq tədbirlərdə yerli işçilər asanlıqla çalışa bilərlər”.

Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə bildirib ki, 2017-ci il Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar işlərə cəlb edilən şirkətlərin 80 faizi yerlidir. O, gələcəkdə bu faizin daha da yüskələcəyini söyləyib: “Keçən il cəlb etdiyimiz şirkətlərin 60 faizi yerli idisə, bu il həmin göstərici 80 faizə yüksəlib. Bu tendensiyanı qoruyaraq, saxlayacağıq. Əminik ki, gələcəkdə yerli şirkətlər daha çox olacaqlar. Xüsusən, tikinti işləri və əyləncələrin təşkilinə yerli şirkətlər cəlb olunub. Bu isə yeni iş yerləri və yerli mütəxəssislərin yetişməsi, təcrübə qazanması deməkdir".

Qeyd edək ki, bu gün BŞHƏK-in təşkilatçılı ilə "Formula-1" üzrə Azərbaycan Qran Prisinin keçiriləcəyi trekə tur təşkil olunub. Yolboyu jurnalistlərə Tom Batçer bələdçilik edib. Əvvəlcə trekin Azneft dairəsindəki hissəsinə, daha sonra Qoşa Qala Qapıları ərazisinə, sonda isə pit binasına baxış keçirilib. Azərbaycan Qran Prisi 23 - 25 iyunda olacaq. 

Son xəbərlər

Orphus sistemi