Yuxarı

​Tokio olimpiadası üçün 110 milyon avroluq müqavilə imzalanıb

Hazırda NTT-nin 79 ölkədə 240 mindən artıq əməkdaşı işləyir

Bakı. 27 yanvar. REPORT.AZ/ 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün böyük məbləğdə sponsor müqaviləsi imzalanıb. "Report"un məlumatına görə, "Gold Partner" ("Qızıl tərəfdaş") olaraq təqdim edilən, "Nippon Telegraph and Telegraph" (NTT) şirkəti ilə imzalanan müqavilənin dəyəri 110 milyon avrodur.

Tokio-2020-nin rəhbəri Yoşiro Mori belə bir şirkətlə tərəfdaşlıqdan sevinc hissi duyduğunu bildirib: "İlk "Qızıl Tərəfdaş"ımızı salamlamaq böyük xoşbəxtlikdir. Şəhərimizdə keçiriləcək olimpiadaya dünyanın müxtəlif yerlərindən idmançılar gələcək. Biz onlara lazımi şəraiti yaratmaq, çıxış səhnəsi ilə təmin etmək üçün NTT ilə birgə fəaliyyətə başlayırıq".

1952-ci ildə Yaponiya hökuməti tərəfindən qurulan şirkət bundan 33 il sonra özəlləşdirilib. Hazırda NTT-nin 79 ölkədə 240 mindən artıq əməkdaşı işləyir.

Qeyd edək ki, Tokio-2020-nin sponsorları sırasında dünyanın ən böyük avtomobil şirkətindən olan "Toyota" və "Asahi" pivə şirkəti də yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi