İlqar Rəhimov: "Tokioda 7 idman növündə 32 idmançı ilə təmsil oluna bilərik"

İlqar Rəhimov: "Tokioda 7 idman növündə 32 idmançı ilə təmsil oluna bilərik" Bugünkü toplantıda idmançılarımız, paralimpiya könülləri və tərəfdaşlarımızın əksəriyyəti iştirak edir. Hamıya təşəkkür edirik. Çünki il ərzində birgə naliyyətlər əldə etmişik.
Fərdi
28 Dekabr , 2019 11:38
İlqar Rəhimov: Tokioda 7 idman növündə 32 idmançı ilə təmsil oluna bilərik

"Bugünkü toplantıda idmançılarımız, paralimpiya könülləri və tərəfdaşlarımızın əksəriyyəti iştirak edir. Hamıya təşəkkür edirik. Çünki il ərzində birgə naliyyətlər əldə etmişik".

"Report"un məlumatına görə, bu fikirləri Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov 2019-cu ilin yekunları ilə bağlı hesabat tədbirində jurnalistlərə açıqlamasında deyib. 

Qurumun rəhbəri builki fəaliyyətlərini yüksək qiymətləndirdiyini bildirib:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm ki, hər il olduğu kimi bu ildə də paralimpiyaçıların dostu kimi bizim yanımızda oldu və Milli Paralimpiya Komitəsinin inkişafına köməklik göstərdi. Bizim idmançılarımız və heyətimiz bu il yaxşı çalışıblar. Növbəti il Tokio-2020 XVI Yay Paralimpiya Oyunları keçiriləcək. Bu, bizim iştirak edəcəyimiz 7-ci paralimpiya oyunları olacaq. Çox məsuliyyətlə hazırlaşırıq. 2019-cu ildəki yarışlara əsasən 7 lisenziya əldə etmişik. 2020-ci ilin birinci yarısında növbəti lisenziyaları qazanmağı planlaşdırmışıq".

Rəhimov Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında neçə idmançı ilə təmsil olunmaq istədiklərini açıqlayıb: "Biz Tokioda 7 idman növündə, 32 idmançı ilə təmsil oluna bilərik. Riodakı Paralimpiya Oyunlarında 24 idmançı ilə mübarizə apardıq. İndi isə 30 və ya 32 idmançı planlaşdırırıq. Rioda 6 idman növündə təmsil olunduq. İndi isə hədəf 7 idman növüdür. Əlavə edilən isə parataekvondodur".

Son xəbərlər

Orphus sistemi