Tokio olimpiadası üçün Azərbaycanın ulduz səfirlərinin adları məlum oldu

Tokio olimpiadası üçün Azərbaycanın ulduz səfirlərinin adları məlum oldu Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan yığma komandasının ulduz səfirlərinin adları açıqlanıb.
Fərdi
28 Fevral , 2020 12:58
Tokio olimpiadası üçün Azərbaycanın ulduz səfirlərinin adları məlum oldu

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan yığma komandasının ulduz səfirlərinin adları açıqlanıb.

"Report"un məlumatına görə, bunlar Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, eyni zamanda Tokio-2020-də Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov və xalq artisti Tünzalə Ağayevadır. 

Hacı Əliyev (güləş), Rafael Ağayev (karate), Fəridə Əzizova (taekvondo) və Rüstəm Orucov (cüdo) ulduz idmançı səfir funksiyasını daşıyacaqlar.

Qeyd edək ki, Yaponiya paytaxtında XXXII Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda, XV Yay Paralimpiya Oyunları 25 avqust - 6 sentyabrda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi