Tokio olimpiadasının təxirə salınması təklif olundu

Tokio olimpiadasının təxirə salınması təklif olundu İspaniya Milli Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko koronavirus pandemiyasına görə yaranmış vəziyyətlə bağlı Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasını məqsədəuyğun sayır.
Fərdi
18 Mart , 2020 18:52
Tokio olimpiadasının təxirə salınması təklif olundu

İspaniya Milli Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko koronavirus pandemiyasına görə yaranmış vəziyyətlə bağlı Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasını məqsədəuyğun sayır.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, qurum rəsmisi baş verən hadisələrin bütün dünya ölkələrində narahatlıq yaratdığını bildirib.

A.Blanko deyib ki, bəzi turnirlərin təxirə salınması məşq etmək imkanı olmayan bir çox idmançını çətin vəziyyətdə qoya bilər: "Beynəlxalq Olimpiya Komitəsi Ümumdünya Səhiyyə Təşkilatından yeni məlumat aldıqdan sonra qərar qəbul edəcək. Tokio olimpiadasının keçirilməsini istəyirik. Amma, ilk növbədə, lazımi təhlükəsizlik tədbirləri alınmalıdır".

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) dünən milli olimpiya komitələri ilə məsləhətləşmədən sonra Oyunların nəzərdə tutulan vaxtda keçiriləcəyini açıqlayıb. XXXII Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda təşkil olunmalıdır.

Son xəbərlər

Orphus sistemi