Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasiminin rejissoru Kentaro Kobayasi Holokost faciəsi barədə zarafatına görə tədbirdən kənarlaşdırılıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Kobayasi mərasimin epizodlarından birində kağızdan olan insan fiqurlarını havaya ataraq təklif irəli sürüb: “Holokostu oynasaydıq”.
Simon Vizentalya Mərkəzi rejissorun antisemit yanaşmasını mühakimə edib: “Faşizm soyqırımı qurbanlarını lağa qoymağa heç kimin haqqı çatmır”.
Kentaro Kobayasi olimpiadanın açılış və bağlanış mərasimində iştirak etməyəcək.
Qeyd edək ki, Tokio-2020-nin açılış mərasimi iyulun 23-də, bağlanış mərasimi isə avqustun 8-də gerçəkləşəcək.