Tokio-2020-nin mükafatçısı Azərbaycan çempionu olub

Tokio-2020-nin mükafatçısı Azərbaycan çempionu olub Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə 38-ci Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.
Fərdi
3 Fevral , 2022 20:19
Tokio-2020-nin mükafatçısı Azərbaycan çempionu olub

Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə 38-ci Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.

Milli Olimpiya Komitəsindən "Report"a verilən məlumata görə, 140-dan çox idmançının qatıldığı yarışda artıq 3 növ üzrə medallar öz sahibini tapıb.

Qadınlar arasında 60 metr məsafəyə qaçışda Lamiyə Vəliyeva çempion olub. Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı 7,72 saniyəlik nəticə göstərib.

Digər qaliblər isə bunlardır:

60 metr məsafəyə qaçış

Qadınlar

Lamiyə Vəliyeva

Kişilər

Əli Abdiyev

400 metr məsafəyə qaçış

Qadınlar

Tutuxanum İsrafilova

Kişilər

Səid Məmmədov

1500 metr məsafəyə qaçış

Qadınlar

Anna Yusupova

Kişilər

Allahqulu Hüseynov

Nüvə itələmə

Qadınlar

Günel Hüseynova

Kişilər

İsmail Əliyev

Üç təkanla tullanma

Qadınlar

Yekaterina Sariyeva

Kişilər

Rüstəm Məmmədov

Qeyd edək ki, 38-ci qış çempionatına fevralın 4-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi