Tokio olimpiadasının idmançılarında koronavirus aşkarlanıb

Tokio olimpiadasının idmançılarında koronavirus aşkarlanıb Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Fərdi
1125
4 Avqust , 2021 08:21
Tokio olimpiadasının idmançılarında koronavirus aşkarlanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artmaqda davam edir.

"Report" Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, son sutkada daha 29 nəfərin testi müsbət çıxıb. Virusa yoluxanlardan 4-ü idmançıdır.

Beləliklə, Tokio-2020-də infeksiya aşkarlanan şəxslərin sayı 322-ə çatıb. Qeyd edilir ki, iyulun 1-dən olimpiada üçün 500 min koronavirus testi götürülüb.

Əvvəlki maksimum göstərici iyulun 30-da qeydə alınıb. Həmin gün koronavirusa 27 yeni yoluxma aşkarlanıb.

Qeyd edək ki, Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi