Tokio olimpiadasının məşəli alovlandırıldı - YENİLƏNİB - 2

Tokio olimpiadasının məşəli alovlandırıldı - YENİLƏNİB - 2 Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
Fərdi
23 İyul , 2021 18:50
Tokio olimpiadasının məşəli alovlandırıldı - YENİLƏNİB - 2
0 : 00
0 : 00

Yaponiyanın paytaxtı Tokioda təşkil olunan XXXII Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb.

"Report"un məlumatına görə, məşəli ölkənin tanınmış tennisçisi Naomi Osaka yandırıb.

Bununla da olimpiadanın açılış mərasimi başa çatıb.

17:28

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.

"Report"un məlumatına görə, Yaponiya Milli Stadionunda baş tutan tədbirdə 950 rəsmi şəxs iştirak edir.

Açılışda əvvəlcə müxtəlif kompazisiyalar icra edilib və atəşfəşanlıq olub. Daha sonra Yaponiya bayrağı arenaya gətirilib və dövlət himni səsləndirilib.

"İrəliyə hərəkət" adlanan açılış mərasimində koronavirus pandemiyası qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, həmçinin 2011-ci ildə Yaponiya tarixindəki ən dağıdıcı zəlzələdən sonra ölkənin yenidən bərpasını əks etdirən kompazisiya göstərilib.

Mərasim iştirakçıları meydanın mərkəzində ağacdan Olimpiya halqaları düzəldiblər və bütün bunlar fişənglərlə müşayiət olunub.

Daha sonra iştirakçı ölkələrin nümayəndə heyətinin paradı baş tutub. Parad iştirakçıları tibbi maskalardan istifadə ediblər. Argentinanın nümayəndə heyəti paraddan keçərkən "Tullanmayan argentinalı deyil" şüarı səsləndiriblər. Tokio-2020-nin Təşkilat Komitəsi isə bununla bağlı rəsmi tvitter səhifəsində "Sakit ol, Argentina! Təbii ki, bu, zarafatdır, biz də sizin kimi həyəcanlıyıq" paylaşımı edib.

Ardınca 2 idmançı, 2 məşqçi və 2 hakimin iştirakı ilə andiçmə mərasimi gerçəkləşib.

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Baxın çıxışından sonra Yaponiya imperatoru Naruxito Oyunları açıq elan edib. Daha sonra isə Olimpiya himni səsləndirilib.

15:00

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

"Report"un məlumatına görə, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir. Açılış mərasimini yalnız Beynəlxalq Olimpiya Komitəsinin və Milli olimpiya komitələrinin 1 000-dək rəsmi şəxsi tribunadan canlı izləyir.

Açılışda Azərbaycandan 27 nəfərlik heyət iştirak edir. Onların arasında idmançılarla yanaşı, yığmanın şef de-missionu Fərid Mansurov da var.

Azərbaycan nümayəndə heyəti açılış mərasimindəki paradda 5-ci keçəcək. Dövlət bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Qeyd edək ki, avqustun 7-dək davam edəcək Tokio olimpiadasında Azərbaycanın 44 idmançısı qüvvəsini sınayacaq.

Son xəbərlər

Orphus sistemi