Tokio-2020 Yay Paralimpiya Oyunlarının yeni təqvimi açıqlandı

Tokio-2020 Yay Paralimpiya Oyunlarının yeni təqvimi açıqlandı Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio-2020 Yay Pralimpiya Oyunlarının təqvimində dəyişiklik olmayıb.
Fərdi
1313
3 Avqust , 2020 11:34
Tokio-2020 Yay Paralimpiya Oyunlarının yeni təqvimi açıqlandı

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio-2020 Yay Paralimpiya Oyunlarının təqvimində dəyişiklik olmayıb.

"Report" xəbər verir ki, bu barədə yarışın Təşkilat komitəsinin rəsmi saytında məlumat yerləşdirilib.

Sadəcə, bəzi yarışların başlama və bitmə tarixləri dəqiqləşdirilib.

Turnir əvvəldən nəzərdə tutulduğu kimi avqustun 24-də start götürəcək. Sentyabrın 5-dək davam edəcək Oyunlarda 22 idman növü üzrə 539 medal dəsti öz sahibini tapacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınması ilə bağı qərar martda qəbul olunub.

Son xəbərlər

Orphus sistemi