Tokio-2020 Yay Olimpiya Oyunlarında idmançıların 49 faizi qadınlar olacaq

Tokio-2020 Yay Olimpiya Oyunlarında idmançıların 49 faizi qadınlar olacaq Tokio-2020 Yay Olimpiya Oyunlarında gender bərabərliyi təmin olunacaq.
Fərdi
19 Noyabr , 2019 14:17
Tokio-2020 Yay Olimpiya Oyunlarında idmançıların 49 faizi qadınlar olacaq

Tokio-2020 Yay Olimpiya Oyunlarında gender bərabərliyi təmin olunacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib. Onun sözlərinə görə, Yaponiyanın paytaxtında baş tutacaq yarışlarda iştirak edəcək idmançıların 49 faizi qadınlar olacaq.

T.Bax olimpiadadakı gender bərabərliyinin dünyanın bütün idman təşkilatları üçün bir siqnal olacağını vurğulayıb.

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi