Tokio-2020: Yaponiyaya hamıdan əvvəl cüdoçularımız yollanacaq

Tokio-2020: Yaponiyaya hamıdan əvvəl cüdoçularımız yollanacaq "Bununla bağlı qrafik var. Məsələn, Tokioya hamıdan əvvəl cüdoçular yollanacaq. Onlar yarışa bir həftə qalmış, Olimpiya kəndi açılanda gedəcəklər"
Fərdi
25 İyun , 2021 14:19
Tokio-2020: Yaponiyaya hamıdan əvvəl cüdoçularımız yollanacaq
Çingiz Hüseynzadə

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarına qrafik əsasında yollanacaq.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

O bildirib ki, Yaponiya paytaxtına hamıdan əvvəl cüdoçular yollanacaqlar: "Onlar yarışa bir həftə qalmış - Olimpiya Kəndi açılanda gedəcəklər. Digər idmançılar da səfərə öz vaxtında yola düşəcəklər. Yarışa 2 gün qalmış ora yollanıb, uzağı 2 gün sonra Yaponiyanı tərk etmək lazımdır. Başqa cür mümkün deyil. Bu, olimpiadanın qaydaları ilə tənzimlənir".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi