Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi Yaponiyada fövqəladə vəziyyət elan olunub.
"Report" xəbər verir ki, bu qərar ölkədə koronavirusa yoluxma hallarının artması ilə bağlı qəbul edilib.
Fövqəladə vəziyyət avqustun 22-dək davam edəcək.
Bu isə o deməkdir ki, olimpiada sərt karantin rejimi şəraitində keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi (IOC) hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, pandemiya səbəbindən bu ilə təxirə salınan Tokio-2020 23 iyul - 8 avqustda olmalıdır.