Tokio-2020: Təşkilat Komitəsi yarışın xərclərini azaldır

Tokio-2020: Təşkilat Komitəsi yarışın xərclərini azaldır Yaponiyanın paxtaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının xərcləri 284 milyon ABŞ dolları azalacaq.
Fərdi
7 Oktyabr , 2020 18:02
Tokio-2020: Təşkilat Komitəsi yarışın xərclərini azaldır

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının xərcləri 284 milyon ABŞ dolları azalacaq.

"Report"un məlumatına görə, bu barədə olimpiadanın Təşkilat Komitəsinin baş katibi Tosiro Muto mətbuat konfransında açıqlama verib.

O bildirib ki, Təşkilat Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə (IOC) yarışın formatını sadələşdirmək üçün plan təqdim edib: "Plan 52 bənddən ibarətdir. Xarici nümayəndə heyətləri və IOC rəsmilərinin olimpiadada iştirakçı sayının 10-15 faiz azaldılması nəzərdə tutulur. İdman obyektlərinin daha qənaətli işıqlandırılması yolu ilə xərclərin azaldılması da gözlənilir".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi