Tokio-2020: Stend atıcımız ilk günü 24-cü sırada bitirdi - YENİLƏNİB

Tokio-2020: Stend atıcımız ilk günü 24-cü sırada bitirdi - YENİLƏNİB Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışlarını bitirib.
Fərdi
534
25 İyul , 2021 11:14
Tokio-2020: Stend atıcımız ilk günü 24-cü sırada bitirdi - YENİLƏNİB
Emin Cəfərov

Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışlarını yekunlaşdırıb.

"Report"un məlumatına görə, idmançı 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü pillədə qərarlaşıb. Cəfərov üçüncü raundda aktivinə daha 23 xal yazdırıb.

Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Təsnifat mərhələsi sabah davam edəcək. 5 raundan sonra ilk 6 pillənin sahibi finala vəsiqə qazanacaq.

09:55

Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışlarını bitirib.

"Report"un məlumatına görə, idmançı ilk raundda 25, ikinci raundda isə 23 xal toplayıb.

Cəfərov hazırda 48 xalla 30 idmançı arasında 24-cü sıradadır. Onunla birlikdə daha 8 idmançı eyni xalı qazanıb.

5 raundan sonra ilk 6 pillənin sahibi finala vəsiqə əldə edəcək.

Son xəbərlər

Orphus sistemi