Tokio-2020: Stend atıcımız finala yüksələ bilmədi - YENİLƏNİB

Tokio-2020: Stend atıcımız finala yüksələ bilmədi - YENİLƏNİB Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını bitirib.
Fərdi
26 İyul , 2021 09:14
Tokio-2020: Stend atıcımız finala yüksələ bilmədi - YENİLƏNİB

Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

"Report"un məlumatına görə, idmançı 5 raunddun ardından 116 xal toplayıb.

Cəfərov təsnifat mərhələsini 30 idmançı arasında 26-cı sırada bitirib.

İlk 6 yerin sahibi finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi isə olimpiada ilə vidalaşıb.

06:44

Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını bitirib.

"Report"un məlumatına görə, idmançı təsnifat mərhələsinin 4-cü raundunda 22 xal toplayıb. O, hazırda 93 xalla 30 idmançı arasında 27-ci pillədə qərarlaşıb.

Cəfərov ötən gün 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü sırada idi.

5 raundan sonra ilk 6 yerin sahibi finala vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi