Tokio-2020: Rüstəm Orucov medalsız qaldı - YENİLƏNİB - 4

Tokio-2020: Rüstəm Orucov medalsız qaldı - YENİLƏNİB - 4 Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
26 İyul , 2021 14:15
Tokio-2020: Rüstəm Orucov medalsız qaldı  - YENİLƏNİB - 4

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 30 yaşlı idmançı Cənubi Koreya təmsilçisi An Çanqrimlə qarşılaşıb.

Dünya çempionuna məğlub olan Orucov medalsız qalıb.

13:26

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşdə rəqibi bəlli olub.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı An Çanqrimlə (Cənubi Koreya) üz-üzə gələcək. Çanqrim yarımfinalda Laşa Savdatuaşviliyə (Gürcüstan) yenilib.

Qeyd edək ki, An Çanqrim 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi olub.

12:58

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı Kosova təmsilçisi Akil Cakova ilə üz-üzə gəlib.

Əsas vaxtda qalib müəyyənləşməyib. Rəqibinə əlavə vaxtda qızıl xalla qalib gələn Orucov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib.

09:26

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/4 final mərhələsində yaponiyalı Şohei Ono ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Orucov təsəlliverici görüşdə Akil Cakova (Kosovo) ilə görüşəcək.

08:09

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/8 final mərhələsində Tacikistan təmsilçisi Somon Makhmadbekovla qarşılaşıb.

Rəqibinə vazari ilə qalib gələn Orucov 1/4 finala yüksəlib. O, bu raundda yaponiyalı Şohei Ono ilə görüşəcək.

06:26

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla üz-üzə gəlib.

Rəqibinə vazari ilə qalib gələn Orucov 1/8 finala yüksəlib. O, bu raundda Somon Makhmadbekovla (Tacikistan) görüşəcək.

Qeyd edək ki, Rüstəm Orucov Azərbaycan komandasının bayraqdarlarından biridir.

Son xəbərlər

Orphus sistemi