Tokio-2020: Ruslan Lunyov mübarizəni dayandırıb

Tokio-2020: Ruslan Lunyov mübarizəni dayandırıb Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Fərdi
411
2 Avqust , 2021 05:59
Tokio-2020: Ruslan Lunyov mübarizəni dayandırıb

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən idmançı ikinci təsnifat mərhələsində 286 xal toplayıb.

O, ilk gündə 281 xal qazanmışdı. Yekunda 567 xal toplayan Lunyov finala yüksəlmək şansını itirib.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.

Son xəbərlər

Orphus sistemi