Tokio-2020: Azərbaycan karateçilərinin rəqibləri bəlli olub

Tokio-2020: Azərbaycan karateçilərinin rəqibləri bəlli olub Azərbaycan karateçisi Rafael Ağayevin Tokio-2020 Yay Olimpiya Oyunlarında rəqibləri bəlli olub
Fərdi
2477
4 Avqust , 2021 13:56
Tokio-2020: Azərbaycan karateçilərinin rəqibləri bəlli olub
Rafael Ağayevi

Azərbaycanın daha bir karateçisi Firdovsi Fərzəliyevin Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı A qrupunda Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) ilə görüşəcək.

O, avqustun 6-da yarışacaq. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

13:31

Azərbaycanın daha bir karateçisi İrina Zaretskanın Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, 61 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı B qrupunda Məltəm Hocaoöku (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silvia Semeraro (İtaliya) ilə üz-üzə gələcək.

O, avqustun 7-də yarışda çıxış edəcək.

13:07

Azərbaycan karateçisi Rafael Ağayevin Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) ilə qarşılaşacaq.

İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Qeyd edək ki, Rafael Ağayev avqustun 6-da mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi