Tokio-2020: Paralimpiada üçün gerisayım başladı

Tokio-2020: Paralimpiada üçün gerisayım başladı Bununla əlaqədar Yaponiya paytaxtının meriyasında mərasim təşkil olunub
Fərdi
16 May , 2021 15:06
Tokio-2020: Paralimpiada üçün gerisayım başladı

Tokio Yay Paralimpiya Oyunlarının startına 100 günün qaldığını bildirən gerisayıma başlanılıb.

"Report"un məlumatına görə, bununla əlaqədar Yaponiya paytaxtının meriyasında mərasim təşkil olunub.

Oyunların təşkilinə cavabdeh olan nazir Tamayo Marukava yarışın təhlükəsiz şəraitdə baş tutmasına çalışdıqlarını bildirib.

Meriya binasında üç ayparadan ibarət paralimpiada emblemi quraşdırılıb.

Qeyd edək ki, Tokio Yay Paralimpiya Oyunları bu il 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Son xəbərlər

Orphus sistemi