Tokio-2020: Para-üzgüçümüz finala, para-taekvondoçumuz 1/4 finala vəsiqə qazanıb

Tokio-2020: Para-üzgüçümüz finala, para-taekvondoçumuz 1/4 finala vəsiqə qazanıb Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə idmançısı Raman Saleh (S12) 100 metr butterfly kateqoriyası təsnifat mərhələsində 58.99 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.
Fərdi
3 Sentyabr , 2021 06:43
Tokio-2020: Para-üzgüçümüz finala, para-taekvondoçumuz 1/4 finala vəsiqə qazanıb
Raman Saleh

Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə idmançısı Raman Saleh (S12) 100 metr butterfly kateqoriyası təsnifat mərhələsində 58.99 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Taekvondo idman növü üzrə idmançısı Əbülfəz Abuzərli (K44) Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində ilk görüşündə qalib gələrək, 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Lakin üzgüçülük idman növü üzrə idmançısı Vəli İsrafilov (S12) 100 metr butterfly kateqoriyası təsnifat mərhələsində 1:10:59 nəticə göstərərək mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi