Tokio-2020: Medalçıların maskalarını çıxarmalarına icazə verildi - RƏSMİ

Tokio-2020: Medalçıların maskalarını çıxarmalarına icazə verildi - RƏSMİ Tokio Yay Olimpiya Oyunları medalçılarının maskalarını 30 saniyə müddətinə çıxarmalarına icazə verilib.
Fərdi
25 İyul , 2021 17:40
Tokio-2020: Medalçıların maskalarını çıxarmalarına icazə verildi - RƏSMİ

Tokio Yay Olimpiya Oyunları medalçılarının maskalarını 30 saniyə müddətinə çıxarmalarına icazə verilib.

"Report"un Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, bu qərar idmançıların mükafatlandırma mərasimində foto çəkdirmələri üçün qəbul edilib. Himn səsləndirildikdən sonra onlara maskalarını yarım dəqiqəliyə çıxarmalarından ötrü siqnal işarəsi gələcək. Bu zaman mükafatçılar sosial məsafə qaydasına əməl etməlidirlər.

Daha sonra olimpiyaçılar növbəti işarə ilə maskalarını geyinəcək və qaliblə birgə onun podiumunda maskada şəkil çəkdirəcəklər.

Qeyd edək ki, Tokio olimpiadası avqustun 9-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi