Tokio-2020: Mariya Stadnik, Rafael Ağayev və Hacı Əliyev mübarizəyə başlayır

Tokio-2020: Mariya Stadnik, Rafael Ağayev və Hacı Əliyev mübarizəyə başlayır Bu gün Azərbaycanın daha 5 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.
Fərdi
6 Avqust , 2021 00:00
Tokio-2020: Mariya Stadnik, Rafael Ağayev və Hacı Əliyev mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 5 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, yarışın növbəti günündə medal qazanmağa namizədlərdən hesab edilən qadın güləşçi Mariya Stadnik, sərbəst güləşçilər Hacı Əliyevlə, Şərif Şərifov və karateçi Rafael Ağayev qüvvəsini sınayacaq. Həmçinin bədii gimnast Zöhrə Ağamirova da öz bacarığını göstərməyə çalışacaq.

50 kq çəki dərəcəsində çıxış edən Stadnik və 97 kq çəkidəki Şərifov Rusiya Olimpiya Komitəsinin təmsilçiləri - müvafiq olaraq, Stalvira Orşuş və Abdulrəşid Sadullayevlə üz-üzə gələcək. 65 kq-da mübarizə aparan Əliyev isə seneqallı Adama Diatta ilə görüşəcək. Hər üç pəhləvan mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.

75 kq-dakı Rafael Ağayev B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Fərdi proqramda yarışan bədii gimnast Zöhrə Ağamirova ardıcıl olaraq topla, halqa ilə, lentlə və gürzlərlə çıxışını təqdim edəcək.

Tokio-2020
6 avqust

Bədii gimnastika

Təsniifat mərhələsi: Zöhrə Ağamirova

05:42. topla çıxış

07:12. halqa ilə çıxış

10:12. lentlə çıxı.

11.42. gürzlərlə çıxış

06:30. Sərbəst güləş

65 kq

1/8 final. Hacı Əliyev - Adama Diatta (Seneqal)

97 kq

1/8 final. Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya Olimpiya Komitəsi)

06:30. Qadın güləşi

50 kq.

1/8 final. Mariya Stadnik - Stalvira Orşuş (Rusiya Olimpiya Komitəsi)

12:00. Karate

B qrupu

Rafael Ağayev - Noa Biç (Almaniya)

Rafael Ağayev - Çuneari Yahiro (Avstraliya)

Rafael Ağayev - Nurkanat Ajiqanov (Qazaxıstan)

Rafael Ağayev - Luici Busa (İtaliya)

Qeyd edək ki, indiyədək Azərbaycanın 44 idmançısından 33-ü çıxışını bitirib, onlardan 3-ü bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi