Tokio-2020: Kotsoyev ikinci görüşündə uduzaraq, olimpiada ilə vidalaşıb - YENİLƏNİB

Tokio-2020: Kotsoyev ikinci görüşündə uduzaraq, olimpiada ilə vidalaşıb - YENİLƏNİB Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edən Zelim Kotsoyev ilk görüşünə çıxıb.
Fərdi
29 İyul , 2021 07:10
Tokio-2020: Kotsoyev ikinci görüşündə uduzaraq, olimpiada ilə vidalaşıb - YENİLƏNİB

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edən Zelim Kotsoyev 1/8 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, rəqib kanadalı Şadi Elhanas olub. Kotsoyev iki vazari xalı ilə uduzaraq, mübarizəni dayandırıb.

06:16

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edən Zelim Kotsoyev ilk görüşünə çıxıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsindəki qarşılaşmada rəqib fransalı Aleksandr İddir olub.

Kotsoyev vazari xalı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Növbəti rəqib kanadalı Şadi Elhanas olacaq.

Son xəbərlər

Orphus sistemi