Tokio-2020: Koronavirusa yoluxanların sayı 71-ə çatdı

Tokio-2020: Koronavirusa yoluxanların sayı 71-ə çatdı Tokio-2020 Yay Olimpiya Oyunları üçün 17 - 19 iyulda götürülmüş koronavirus testlərinin nəticələri bəlli olub.
Fərdi
20 İyul , 2021 09:05
Tokio-2020: Koronavirusa yoluxanların sayı 71-ə çatdı

Tokio-2020 Yay Olimpiya Oyunları üçün 17 - 19 iyulda götürülmüş koronavirus testlərinin nəticələri bəlli olub.

"Report"un məlumatına görə, daha 9 nəfərin testi müsbət çıxıb. Həmin şəxslərin adları açıqlanmayıb.

Onlardan biri idmançı, digəri komanda üzvü, başqa biri könüllüdür. İnfeksiya aşkarlanan 6 nəfər isə olimpiadanın işçiləridir.

Beləliklə, Tokio-2020-də koronavirusa yoluxanların sayı 71-ə çatıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi