Tokio-2020: İsrailli cüdoçu ilə görüşdən imtina edən idmançı sərt cəzalanıb

Tokio-2020: İsrailli cüdoçu ilə görüşdən imtina edən idmançı sərt cəzalanıb Tokio-2020 Yay Olimpiya Oyunlarında İsrail cüdoçusu Tohar Butbul ilə qarşılaşmamaq üçün yarışdan imtina edən əlcəzairli Fethi Nuren sərt cəza alıb.
Fərdi
187
14 Sentyabr , 2021 14:08
Tokio-2020: İsrailli cüdoçu ilə görüşdən imtina edən idmançı sərt cəzalanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında İsrail cüdoçusu Tohar Butbul ilə qarşılaşmamaq üçün yarışdan imtina edən əlcəzairli Fethi Nuren sərt cəza alıb.

"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Beynəlxalq Cüdo Federasiyasının (IFC) qərarı ilə 10 il müddətinə diskvalifikasiya olunub.

Onunla yanaşı, məşqçisi də analoji cəzaya məruz qalıb.

Qeyd edək ki, Nuren ilk görüşündə sudanlı Məhəmməd Əbdülrəsulla, qələbə qazanacağı təqdirdə isə 1/16 finalda Butbul ilə üz-üzə gəlməli idi. Fələstinə dəstək məqsədilə döşək üzərinə çıxmayan cüdoçu olimpiadada mübarizəni başlamadan dayandırıb.

Son xəbərlər

Orphus sistemi