Tokio-2020: İspaniyalı tennisçi kortu əlil arabasında tərk edib

Tokio-2020: İspaniyalı tennisçi kortu əlil arabasında tərk edib İspaniyalı tennisçi Paula Badosa Tokio-2020 Yay Olimpiya Oyunlarında Çexiya təmsilçisi Marketa Vondrouşovaya qarşı 1/4 final görüşünü başa vura bilməyib.
Fərdi
28 İyul , 2021 17:28
Tokio-2020: İspaniyalı tennisçi kortu əlil arabasında tərk edib

İspaniyalı tennisçi Paula Badosa Tokio-2020 Yay Olimpiya Oyunlarında Çexiya təmsilçisi Marketa Vondrouşovaya qarşı 1/4 final görüşünü başa vura bilməyib.

"Report"un məlumatına görə, buna isti hava şəraiti səbəb olub. 3:6 hesabı ilə uduzduğu ilk setdən sonra qarşılaşmanı davam etdirə bilməyən Badosa kortu əlil arabasında tərk edib.

Daha əvvəl də bir neçə tennisçi Tokiodakı isti hava şəraitindən şikayətlənib.

Qeyd edək ki, olimpiadada tennis yarışları iyulun 31-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi