Tokio-2020: İlqar Rəhimov şef-de missiona müvafiq tapşırıqlar verib

Tokio-2020: İlqar Rəhimov şef-de missiona müvafiq tapşırıqlar verib Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək missiyanın rəhbəri Rauf Mürsəlov və onun müavinləri Elxan Rəhimov, Azər Tapdıqov və Leyli Yusifli ilə görüş keçirilib.
Fərdi
168
13 Avqust , 2021 15:30
Tokio-2020: İlqar Rəhimov şef-de missiona müvafiq tapşırıqlar verib

Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək missiyanın rəhbəri Rauf Mürsəlov və onun müavinləri Elxan Rəhimov, Azər Tapdıqov və Leyli Yusifli ilə görüş keçirilib.

MPK-dan "Report"a verilən məlumata görə, görüşdə iştirak edən qurumun prezidenti İlqar Rəhimov missiyanın Paralimpiya oyunlarına hazırlığı ilə bağlı maraqlanaraq onlara müvafiq tapşırıqlar verib və uğurlar arzulayıb.

Avqustun 14-də şef-de mission R. Mürsəlov və müavini A. Tapdıqov Tokioya yola düşəcək.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazanıb. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi